Bank Of Baku

Kürdə suyun səviyyəsi yenidən qalxacaq

Kürdə suyun səviyyəsi yenidən qalxacaq
# 20 aprel 2011 08:50 (UTC +04:00)
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, Gürcüstanda yağan yağışlarla əlaqədar son 4 gün ərzində Kürün yuxarı hissəsində suyun səviyyəsi 32 sm artıb. Bu artım nəzərə çarpacaq dərəcədə olsa da, təhlükəli hesab edilmir. Kürün aşağı hissəsində isə suyun səviyyəsi sabitdir və son günlərdə heç bir dəyişiklik qeydə alınmayıb.

A. Verdiyev deyib ki, hazırda respublikanın Böyük və Kiçik Qafqaz çaylarında normadan yüksək sululuq müşahidə edilir. Lənkəran-Astara bölgəsinin çaylarında isə suyun səviyyəsi normadan aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR