Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu 10 dərəcəyədək düşəcək

Azərbaycan ərazisində havanın temperaturu 10 dərəcəyədək düşəcək
# 20 aprel 2011 08:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün günorta Bakıda havanın temperaturu 14-19 dərəcə isti olacaq. Lakin axşama doğru cənub-qərb küləyinin şimal-qərb küləyinə keçməsi ilə əlaqədar havanın temperaturu 8-10 dərəcəyə enəcək.

Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, əsasən, gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 21-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-3, gündüz 7-12 dərəcə isti olacaq.

Aprelin 22-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

A. Verdiyev deyib ki, aprelin 22-də artıq axşama doğru külək mülayimləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR