Bank Of Baku

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyədə rəsmi səfərdə olub

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Türkiyədə rəsmi səfərdə olub
# 20 aprel 2011 09:04 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hər iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktuallıq daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib. Bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb. Türkiyə prezidenti Abdullah Gül Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmnunluq bildirilib.
Abdullan Gül salamlarını və xoş arzularını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Ölkənin digər rəsmi dövlət adamları və qeyri-hökumət təsisatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR