Bank Of Baku

“Mən polietilen torbaya qarşıyam” adlı ekoloji müsabiqə keçirilir - FOTO

“Mən polietilen torbaya qarşıyam” adlı ekoloji müsabiqə keçirilir - <font color=red>FOTO</font>
# 20 aprel 2011 10:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Mən polietilen torbaya qarşıyam” adlı ekoloji müsabiqə keçirilir. APA-nın xəbərinə görə, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “EkoSfera” sosial-ekoloji mərkəzi tərəfindən təşkil edilib və 22 aprel – Beynəlxalq Torpaq Gününə həsr olunub.

“EkoSfera” mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, müsabiqə ən yaxşı ekoçanta maketi hazırlamaq üçün məktəblilər arasında keçirilir və məqsəd gənclərin diqqətini ekologiyaya böyük zərər vuran polietilen torbalardan istifadənin azaldılmasına və onların tədricən daha ekoloji materialdan hazırlanmış çantalarla əvəz olunmasına yönəltməkdir. Birinci yeri tutan komanda xatirə hədiyyələri və diplomla mükafatlandırılacaq.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlərə əlaqələr departamentinin direktoru Terri Devidson ətraf mühitin qorunmasının önəmini vurğulayaraq bu təşəbbüsü dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR