Bank Of Baku

Azərbaycan qanunvericiliyi orqan transplantasiyasına icazə verir

Azərbaycan qanunvericiliyi orqan transplantasiyasına icazə verir
# 20 aprel 2011 13:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda orqan transplantasiyasının aparılmasına qanunvericilik imkan verir. “Transplantasiya haqqında” qanun 1996-1997-ci illərdə qəbul olunub. Kifayət qədər mükəmməl qanundur. Bu qanun Azərbaycanda transplantologiyanın hüquqi əsaslarını müəyyən edir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu gün Azərbaycanda istər meyitdən, istərsə canlı insandan orqanın köçürülməsində heç bir problem yoxdur. Hazırda bu problem yalnız transplantasiya işinin təşkili, xüsusilə meyitdən orqanın köçürülməsi ilə bağlıdır.

M. Quliyevin sözlərinə görə, transplantasiyasının həyata keçirilməsinə mütəxəssis qıtlığı, klinikaların sayının azlığı da çətinlik yaradır: “Hazırda transplantasiya Mərkəzi Klinik Xəstəxana və Neftçilər Xəstəxanasında həyata keçirilir. İnsanlar arasında maarifləndirmənin olmaması da transplantasiyanın geniş tətbiqinə problem yaradır. Meyitdən transplantasiyanın edilməsinə mərhumun yaxınları icazə vermir. Buna görə də bu sahədə çox iş görülməlidir. Azərbaycanla müqayisədə İran və Türkiyə daha dindar ölkə olsa da, onlarda bu iş daha yaxşı qurulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR