Bank Of Baku

Gürcüstanın Suxumi Universitetinin bir qrup nümayəndəsi Qubadakı kütləvi soyqırımı məzarlığında olub – FOTO

Gürcüstanın Suxumi Universitetinin bir qrup nümayəndəsi Qubadakı kütləvi soyqırımı məzarlığında olub – <font color=red>FOTO </font>
# 20 aprel 2011 13:59 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının dəvəti ilə Azərbaycana gələn Gürcüstanın Suxumi Universitetinin bir qrup nümayəndəsi Qubaya səfər ediblər. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubaya səfəri çərçivəsində Gürcüstanlı qonaqlar buradakı kütləvi məzarlığı ziyarət edib. İlk olaraq qonaqlara ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan kütləvi məzarlıq haqqında geniş məlumat verilib. Gürcüstanlı alimlər Quba soyqırımı haqqında məlumatlı olsalar da, belə dəhşətli mənzərənin ilk dəfə şahidi olduqlarını bildirdilər.
Məzarlıq haqqında təəssüratlarını bildirən Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Kaxaber Pipiya onu da əlavə edib ki, bu dəhşətli faciə haqqında bütün dünya ictimaiyyətinin məlumatlandırılmasına ciddi ehtiyac var. Gürcüstanlı alimlər bu işdə onların da yaxından iştirak edəcəklərini bildirdilər. Qubaya gələn Gürcüstan nümayəndə heyətini Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova və Quba rayon İcra Hakimiyyətinin məsul işçiləri müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR