Bank Of Baku

Bakıda “Orqan transplantasiyası və beyin ölümü forumu” keçirilir - FOTO

Bakıda “Orqan transplantasiyası və beyin ölümü forumu” keçirilir - <font color=red>FOTO</font>
# 20 aprel 2011 14:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakıda Dövlət Neft Şirkətinin maliyyə və təşkilati dəstəyi ilə Azərbaycanın əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş “Orqan transplantasiyası və beyin ölümü forumu” başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək forum Azərbaycanda ilk dəfə təşkil olunur. Tədbirin əsas müzakirə mövzuları xarici ölkələrdə orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən baxış və islam ölkələrində orqan bəxşidir.

Forumun sədri, həkim-cərrah Rəşad Mahmudov bildirib ki, F. Cavadov 1990-1996-cı illərdə Azərbaycanın səhiyyə nazirinin I müavini vəzifəsində çalışıb, 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan səhiyyə nazirinin səlahiyyətlərini icra edib. 2000-ci ilin fevral ayında isə o, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. 57 yaşında dünyasını dəyişən F. Cavadov ömrünün sonuna kimi bu vəzifədə çalışıb.

R. Mahmudovun sözlərinə görə, F. Cavadovun rəhbərliyi dövründə Mərkəzi Neftçilər Xəstəxanasında kardinal dəyişikliklər baş verib. F. Cavadovun rəhbərliyi ilə 7 aylıq körpə də daxil olmaqla, 13 insan üzərində qaraciyərin transplantasiyası aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR