Bank Of Baku

Adil Qəribov: “Azərbaycan istəsə də, istəməsə də yaxın vaxtlarda nüvə ölkəsi ola və ya nüvə təsirinə məruz qalan ölkə ola bilər”

Adil Qəribov: “Azərbaycan istəsə də, istəməsə də yaxın vaxtlarda nüvə ölkəsi ola və ya nüvə təsirinə məruz qalan ölkə ola bilər”
# 20 aprel 2011 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən institutun direktoru Adil Qəribov bildirib ki, sistemin təqdimatında əsas məqsəd mərkəzləşdirilmiş nüvə sistemi ilə Azərbaycanın dövlət qurumlarını tanış etməkdir: “Azərbaycan nüvə sahəsində gənc ölkədir. Azərbaycanın bütün dövlət qurumları nüvə, radiasiya təhlükəsizliyi ilə bağlı həm məsuliyyət daşıyırlar, həm də bu məsələdə informasiyasızdırlar. Buna görə də bizim borcumuzdur ki, nüvə informasiya sisteminin bazası haqqında məlumat verək. Azərbaycan istəsə də, istəməsə də yaxın vaxtlarda nüvə ölkəsi ola və ya nüvə təsirinə məruz qalan ölkə ola bilər. Çünki yaxın ətrafımızın hamısı nüvə ölkələridir. Buna görə də Azərbaycanda nüvə biliklərinin təbliği çox mühüm məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR