Bank Of Baku

Adil Qəribov: “Yeni nüvə reaktoru inşa etmək istəyən Ermənistan da, ona kredit verən dövlət də düzgün addım atmır”

Adil Qəribov: “Yeni nüvə reaktoru inşa etmək istəyən Ermənistan da, ona kredit verən dövlət də düzgün addım atmır”
# 20 aprel 2011 15:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “BMT-nin nizamnaməsinə və müasir standartlara uyğun olaraq Ermənistanın istənilən gücdə reaktor yaratmağa ixtiyarı var. Lakin BMT-nin Transsərhəd Qonşuluq Konvensiyasına əsasən Ermənistan bu reaktorun ətraf mühitə təsirini qiymətləndirməli və Azərbaycana bu protokolu göndərməlidir. O sənəd Azərbaycanda rəsmi şəkildə təsdiq olunduqdan sonra bu məsələ reallaşmalıdır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, indiyə qədər Ermənistan bu Konvensiyaya əməl etməyib: “Əksinə, yeni reaktorun tikilməsi üçün tender elan edib və tenderin qalibi kimi Rusiyaya müraciət edib ki, Ermənistana kredit ayırsın. Söhbət 5 milyard rubl miqdarında kreditdən gedir. Bu məbləği ayıran dövlət də, bu reaktoru tikən dövlət də düzgün addım atmır”.

A. Qəribovun sözlərinə görə, Ermənistanın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılığına əsasən yeni blok işə düşəndə köhnə blok bağlanacaq: “Biz ondan qorxuruq ki, iqtisadi durumu o qədər də yüksək olmayan bir dövlət belə bahalı obyektləri işlədə bilməyəcək, hansısa sadələşdirmələrə yol verəcək, bu isə gələcəkdə ciddi qəzalara səbəb ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR