Bank Of Baku

İçərişəhərdə daha bir abidə bərpa edilib

İçərişəhərdə daha bir abidə bərpa edilib
# 21 aprel 2011 08:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qoruq ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, A. Zeynallı küçəsi, 69 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsı olan Məktəb-Məsciddə qabaqcıl texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri artıq başa çatıb. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.
Məktəb-Məscid 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilib və dini təhsil ocağı kimi fəaliyyət göstərib. Tələbələr bu məktəbdə orta dini təhsil alıb və daha sonra ali təhsillərini mədrəsələrdə davam etdiriblər. Ehtimal olunur ki, abidə daha qədim tikili üzərində inşa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR