Bank Of Baku

Azərbaycanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər arasında Gürcüstanda vətəndaşları üstünlük təşkil edir

Azərbaycanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər arasında Gürcüstanda vətəndaşları üstünlük təşkil edir
# 21 aprel 2011 09:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər arasında çinli vətəndaşlar üstünlük təşkil etməyib. Həmişə Gürcüstan vətəndaşları, daha dəqiq desək, Gürcüstanda yaşayan azərbaycanlılar üstünlük təşkil edib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Rauf Tağıyev deyib. Onun sözlərinə görə, aşkarlanan faktlar, Gürcüstanda yaşayan azərbaycanlıların daha çox xidmət sahəsində, xüsusilə avtomobil təmiri sexlərində qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olduğunu göstərir: “Yəqin onlar özlərini elə Azərbaycan vətəndaşı hesab edirlər. Amma qanun qanundur. Azərbaycana qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaq üçün Gürcüstandan nə qədər miqrantın gəldiyinin də deyə bilmərəm”.

R.Tağıyev deyib ki, bu il Azərbaycan əməkçi miqrantlar üçün 9875 nəfərlik kvota ayırıb. Artıq 8 mindən çox xarici ölkə vətəndaşı Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olur. Bu miqrantlar dünyanın 87 ölkəsini təmsil edir. Onların yarıdan çoxu Türkiyə vətəndaşıdır. Onlar əsasən tikinti sektorunda çalışır”.

Müfəttişlik rəisinin sözlərinə görə, əvvəlki illərdə Azərbaycanda qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin aşkarlanması ilə bağlı daha çox faktlar aşkarlanıb. Amma bu il DƏM tərəfindən yalnız 5 halda əcnəbi vətəndaşın Azərbaycanda qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib. Bununla əlaqədar həmin işçiləri işə qəbul edən işəgötürənlər qanunvericiliyin tələblərini uyğun cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR