Bank Of Baku

Səttar Mehbalıyev: “Azərbaycanda tikinti və energetika sahələrində ölüm hallarının sayı artıb”

Səttar Mehbalıyev: “Azərbaycanda tikinti və energetika sahələrində ölüm hallarının sayı artıb”
# 21 aprel 2011 09:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda tikinti və energetika sahələrində ölüm hallarının sayı artıb. Çalışırıq ki, Dövlət Əmək Müfəttişliyi ilə profilaktik işlər aparaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, tikinti sektorunda işləyən işçilər arasında ölüm hallarının artmasının əsas səbəblərindən biri onların peşə hazırlığı olmadan işə götürülməsidir: “Hər il Azərbaycandakı Həmkarlar İttifaqlarına 160 mindən artıq ərizə və şikayətlər daxil olub. Bunlar işdən qanunsuz çıxarılma, pensiyaların düzgün hesablanmaması, əməyə görə dəymiş zərərin düzgün ödənilməməsi və s. ilə bağlıdır. Bizə müraciət edən 200-dən artıq işçi işə bərpa olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR