Bank Of Baku

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatının üzvünü bu təşkilatın razılığı olmadan heç kim işdən çıxara bilməz”

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatının üzvünü bu təşkilatın razılığı olmadan heç kim işdən çıxara bilməz”
# 21 aprel 2011 09:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Özəl şirkətlərin çoxunda həmkarlar təşkilatları yoxdur. Xarici təşkilatlarda həmkarlar təşkilatları yaranır, amma böyük qurumlarda həmkarlar təşkilatlarının yaranması problemə çevrilib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. S. Mehbalıyev bildirib ki, bu problemi yaradan işəgötürənlərdir: “Belə təşkilatlardan, o cümlədən “bp”dən bizə müraciət edənlər olub. “bp” ilə uzun müddətdir ki, danışıqlar aparılır. Həmin işçilər işlədikləri müəssisələrin həmkarlar ittifaqının yaradılmasını istəyirlər, amma biz “yaradaq” deyəndə işçilər “müəssisənin rəhbəri bilsə, bizi işdən qovacaq” deyə cavab verir”.

S. Mehbalıyevin sözlərinə görə, işçilər öz hüquqlarını müdafiə etməyə qorxurlar, buna görə də işəgötürən işçiləri ilə istədiyi kimi davranır: “Azərbaycan vətəndaşları fəal olmalıdır. Qanunda da yazılıb ki, həmkarlar təşkilatının üzvünü həmkarlar təşkilatının razılığı olmadan heç kim işdən çıxara bilməz. Onu da qeyd edim ki, bizə edilən müraciətlərin 85-90%-i öz həllini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR