Bank Of Baku

“Ən yaxşı məktəb” müsabiqəsinin III turu başa çatıb

“Ən yaxşı məktəb” müsabiqəsinin III turu başa çatıb
# 21 aprel 2011 09:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin III turu başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “Ən yaxşı müəllim” müsabiqəsi isə hələ davam edir.

Builki “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədinə müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi ekspertizadan keçirilib. Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 42 nəfər (10 faiz) Təhsil Nazirliyinin nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) Sumqayıtın, 178 nəfər isə digər rayon və şəhərlərin müəllimləridir.

Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib.

Müsabiqədə iştirak edən 415 müəllimin 217-si (52,2 faiz) ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Mayın sonunadək iştirakçı müəllimlərin təqdimatlarının qiymətləndirilməsi yekunlaşacaq. Yekun nəticələrə görə onlardan 95-i müsabiqənin qalibi adına layiq görüləcək. Müsabiqənin 5 qalibi hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müəllimləri arasından seçiləcək.

Bu il “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün Azərbaycanın əksər bölgələrini təmsil edən 145 məktəb təşkilat komitəsinə müraciət edib. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir. Qaliblərin arasından 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. Bu müsabiqənin 3 qalibi ötən illərdə olduğu kimi, Naxçıvan MR-nın tədris ocaqları arasından seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR