Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında əməyin təhlükəsizliyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında əməyin təhlükəsizliyinə həsr edilmiş tədbir keçirilib
# 21 aprel 2011 10:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Əməyin təhlükəsizliyinin və sağlamlığının idarə edilməsi sistemi: Fasiləsiz təkmilləşmənin yollar” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Həmkar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, il ərzində 9 minədək həmkarlar ittifaqı komitəsinə əməyin mühafizəsi məsələləri üzrə kollektiv müqavilə və sazişlərdəki tədbirlərin hazırlanması, onların yerinə yetirilməsinə nəzarətə dair kömək göstərilib. Görülən tədbirlər nəticəsində əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə, o cümlədən əmək şəraitinin yaxşılaşdırılmasına, xüsusilə geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin alınmasına çəkilən xərclərin miqdarı 50 faiz artıb.

Təkcə Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün ayrılan 460,5 milyon manat vəsaitin 30 faizə qədəri işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına sərf olunub. Azərbaycan Dövlət Dəmir Yollarında işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına 20 milyon manat xərclənib.

Tədbirdə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisə müsabiqəsi”nin qalibləri də mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR