Bank Of Baku

“Kaspi” qəzetinin 130 illiyi münasibətilə keçirilən layihə çərçivəsində “Azərbaycanda ailə modeli, qadın problemləri” mövzusunda mətbuat konfransı keçirilib - FOTO

“Kaspi” qəzetinin 130 illiyi münasibətilə keçirilən layihə çərçivəsində “Azərbaycanda ailə modeli, qadın problemləri” mövzusunda mətbuat konfransı keçirilib - <font color=red>FOTO</font>
# 21 aprel 2011 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Kaspi” qəzetinin 130 illiyi münasibətilə keçirilən layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və “Kaspi” Mətbuat Mərkəzinin rəhbəri Sona Vəliyeva “Azərbaycanda ailə modeli, qadın problemləri” mövzusunda birgə mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Sona Vəliyeva deyib ki, Azərbaycanın ailə modeli, ailədə şəxsiyyətin formalaşması prosesi milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm isə ailənin əsasını təşkil edir. O bildirib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çıxışında ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində dövlət komitəsinin fəaliyyətinə diqqəti yönəldən Hicran Hüseynova isə deyib ki, qızların təhsildən yayılmasının qarşısının alınması məqsədilə təmsil etdiyi qurum tərəfindən kəndlərdə Təhsil Nazirliyi ilə birgə zəruri tədbirlər həyata keçirilir. H. Hüseynova milli mentalitetə uyğun olmayan serialların Azərbaycan dilinə dublyaj edilərək, Azərbaycanın televiziya kanallarında göstərilməsinə də münasibətini bildirib. Onun sözlərinə görə, aşağı səviyyədə olan bu filmlərin televiziyalar tərəfindən evlərə yol tapması ailə modelinə xələl gətirə bilər: “Həmin seriallar çox aşağı səviyyədədir. 5-10 ildən sonra bunun mənfi təsirini görəcəyik. Yaxşı olar ki, çoxlu pul verib əcnəbi serialları ölkəyə gətirən kanallar, Azərbaycan mentalitetinə uyğun gələn, düşündürücü filmlər çəkərək tamaşaçılara nümayiş etdirsinlər”.
Komitə sədri cəzaçəkmə müəssisələrində qadınların qarşılaşdıqları problemlər və azadlığa çıxdıqdan sonra reabilitasiyası ilə bağlı işlərin görüldüyünü də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məqsədlə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə ikitərəfli sənəd imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR