Bank Of Baku

Təhsil naziri Misir Mərdanovun iştirakı ilə Gəncədə elmi-praktik konfrans keçirilib

Təhsil naziri Misir Mərdanovun iştirakı ilə Gəncədə elmi-praktik konfrans keçirilib
# 21 aprel 2011 11:50 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Təhsil naziri Misir Mərdanov Gəncə şəhərinə səfər edib. APA-nın qərb bürosunun məlumatına görə, ilk olaraq nazir 27 saylı liseyə gedərək məktəblə tanış olub, 3-cü və 9-cu siniflərin riyaziyyat dərsində iştirak edib. Sonra məktəbin akt zalında qərb regionunda yerləşən şəhər və rayonların təhsil şöbələrinin rəhbərləri və məktəb direktorlarının iştirakı ilə “Müasir dövrdə təhsilin davamlı inkişafı - reallıqlar və perspektivlər” mövzusunda zona elmi-praktik konfransı keçirilib.

Jurnalistlərin suallarını cavablandıran M. Mərdanov pilot məktəbdə qatıldığı dərslərdən danışaraq tədris prosesindən razı qaldığını bildirib: “Mən 9-cu və 3-cü siniflərin riyaziyyat dərslərində iştirak etdim və çox yüksək səviyyəli dərsin şahidi oldum. Bizim əsas məqsədimiz Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatların gedişatını izləmək, qiymətləndirmək və gələcək planlarımızı qurmaqdan ibarətdir”.

Nazir prezidentin tapşırığı ilə yaxın illər ərzində Azərbaycanda bütün məktəblərin maddi-texniki təminatının yaxşılaşacağını söyləyib: “Üç il ərzində Azərbaycanda pis vəziyyətdə olan məktəb qalmayacaq. Hazırda bu istiqamətdə çox ciddi işlər aparılır. Məqsədlərimizdən biri ondan ibarətdir ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı proqrama Gəncə və bu bölgəyə dair təkliflər verək. Mən bu gün 10 il əvvəl əsası qoyulmuş islahatların uğurlu nəticələrini gördüm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR