Bank Of Baku

Hicran Hüseynova: “Azərbaycanda bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”

Hicran Hüseynova: “Azərbaycanda bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”
# 21 aprel 2011 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycan dünyəvi ölkədir və cəmiyyət dövlət qanunları ilə idarə edilir: “Dövlət komitəsi kimi bu məsələyə uşaq hüquqlarının müdafiəsi baxımından yanaşırıq”.

H. Hüseynova məsələ ilə əlaqədar komitə tərəfindən araşdırma aparıldığını da diqqətə çatdırıb: “Araşdırmaya görə, bu uşaqların əksəriyyəti hicab bağlamağa məcbur edilirlər. 10 yaşlı uşaq hicabın niyə bağlandığını dərk etmir. Qızın yetkinlik yaşına çatmasına imkan versinlər, hicab bağlayıb-bağlamamasına özü qərar versin. Fikrimcə, bu, uşağın hüquqlarını tapdalamaq və inkişafına mane olmaq deməkdir. Valideynlərin belə addım atmağa hüquqları yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR