Bank Of Baku

DSMF-nin Qəbələ rayon şöbəsinin yeni binası istifadəyə verilib

DSMF-nin Qəbələ rayon şöbəsinin yeni binası istifadəyə verilib
# 21 aprel 2011 13:23 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbələ rayon şöbəsi üçün inşa edilən yeni binanın açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, aprelin 21-də keçirilən toplantıda DSMF-nin sədri Səlim Müslümov və rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edib. Natiqlər binanın istifadəyə verilməsi münasibətilə şöbənin əməkdaşlarını və pensiyaçıları təbrik ediblər.

DSMF-nin Qəbələ rayon şöbəsinin müdiri Ariz Məmmədov bildirib ki, bir il ərzində inşa edilən iki mərtəbəli inzibati binanın tikintisinə 278,5 min manat vəsait xərclənib. On otaqdan ibarət olan binada istilik sistemi quraşdırılıb, iş otaqları müasir mebel və kompyuter avadanlıqları ilə təmin edilib. Hazırda şöbə üzrə 11 980 nəfər pensiyaçı qeydiyyatdadır. Onlardan 8 793 nəfəri yaşa görə, 2 545 nəfəri əlilliyə görə, 642 nəfəri isə ailə başçısını itirməsinə görə pensiya alır.

Sonra binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilib və işçilər üçün yaradılan şəraitlə tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR