Bank Of Baku

FHN “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi mövzusunda” regional müşavirə keçirib

FHN “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi mövzusunda” regional müşavirə keçirib
# 21 aprel 2011 14:12 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Qəbələ şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi mövzusunda” regional müşavirə keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən və Ağsu rayonlarından kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin, fermerlərin, meşə mühafizəsi və bərpası müəssisələri rəhbərlərinin, “Aqrolizinq” ASC-nin yerli şöbələrindən məsul şəxslərin iştirak etdiyi tədbirdə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması tədarükü və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyi”, DYNX-nin əməkdaşları Elçin Hüseynov “Taxıl yığımı zamanı təhlükəsizlik tədbirləri”, Nizami Fərəcov “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri”, FHN-in Şimal-Qərb Regional DYNİ-nin rəisi Məmməd Bağırov “2010-cu ilin ot taxıl biçini dövründə regional ərazidə, biçilmiş taxıl sahələrində, meşə zolaqlarında baş vermiş yanğın hadisələri və 2011-ci ilin müvafiq dövründə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün görülmüş tədbirlər” mövzusunda məruzə edib.
Müşavirədə yay mövsümünə hazırlıq, taxıl və ot biçini zamanı, eləcə də meşələrdə yanğın hadisəsinin baş vermə səbəbləri, dəyən ziyan, hadisənin qarşısının alınması yolları, qabaqlayıcı tədbirlərin görülməsi üsulları, mövcud imkanlar, yaranan çətinliklər, texnikaların saz vəziyyətdə saxlanılmasının vacibliyi barədə məlumat verilib, irəli sürülən fikir və təkliflər təhlil edilib. Rayonlarda taxıl biçini kampaniyasını mütəşəkkil keçirmək və optimal müddətdə başa çatdırmaq, sahələri yanğın təhlükəsindən mühafizə etmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb. Müşavirədə müvafiq foto-stendlər nümayiş etdirilib, təsərrüfat və bələdiyyə nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr edilən yanğına qarşı xəbərdaredici təbliğat materialları paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR