Bank Of Baku

Moskvada tarixçi alim Musa Qasımlın “Türkiyə-SSRİ: çevrilişdən tənəzzülə qədər” adlı kitabının təqdimat mərasimi olub - FOTO

Moskvada tarixçi alim Musa Qasımlın “Türkiyə-SSRİ: çevrilişdən tənəzzülə qədər” adlı kitabının təqdimat mərasimi olub  - <font color=red>FOTO</font>
# 21 aprel 2011 15:38 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycan Milli Məclisinin deputatı, tarixçi alim Musa Qasımlının “Türkiyə-SSRİ: çevrilişdən tənəzzülə qədər” (“Turüiə-SSSR: ot perevorota do raspada”) adlı kitabının təqdimat mərasimi olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Humanitar Universitetində keçirilən təqdimetmə mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri və universitetin professor müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Musa Qasımlı müəllifi olduğu kitabın 1980-1991 ci illərdə Türkiyə-SSRİ münasibətlərindən bəhs etdiyini söyləyib. M. Qasımlı kitabın Azərbaycan, Rusiya, Gürcüstan və ABŞ arxiv materialları əsasında yazıldığını bildirib: “Türkiyədə 1980-ci il 12 setyabr tarixində baş verən dövlət çevrilişindən sonra SSRİ dağılana qədər hər iki ölkə arasında olan münasibətlərdən bəhs edən bu kitabda əsasən siyasi diplomatik münasimətlərin inkşafı və təzadlı yolları araşdırılır. Uzun illər boyu SSRİ-Türkiyə münasibətlərini erməni tarixçiləri araşdırıblar. Bu araşdırmalar meylli və birtərəfli olub. Hesab edirəm ki, Azərbaycan və Rusiya tarxiçiləri bu sahədə birlikdə fəaliyyət göstərməlidirlər”.

Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev çıxışında Musa Qasımlının gördüyü işi yüksək qiymətləndirib.
Qeyd edək ki, “Türkiyə-SSRİ: çevrilişdən tənəzzülə qədər” kitabı Moskvada “İnsan” nəşriyyatı tərəfindən rus dilində nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR