Bank Of Baku

Azərbaycan folklor nümunələrinin qorunması haqqında beynəlxalq konvensiya qəbul edilməsini istəyir

Azərbaycan folklor nümunələrinin qorunması haqqında beynəlxalq konvensiya qəbul edilməsini istəyir
# 22 aprel 2011 09:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan folklor nümunələrinin qorunması haqqında konvensiya qəbul etməsi üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov deyib. O bildirib ki, belə bir konvensiyanın qəbul olunması Azərbaycanın folklor nümunələrinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı mübarizə aparılmasına yardım edə bilər: “Hazırda bütün dünyada folklor nümunələrinin müəlliflik hüququ yoxdur. Azərbaycan ilk dəfə olaraq “Folklor nümunələrinin qorunması haqqında” qanun qəbul edib. Biz çalışırıq ki, bu konvensiya qəbul edilməklə bütün dünya ölkələri öz üzərinə öhdəliklər götürsünlər”.

K. İmanov ermənilərin təkcə folklor nümunələrini deyil, müasir bəstəkarların əsərlərini də öz adlarına çıxdıqlarını söyləyib: “Həmin bəstəkarların ailə üzvləri belə faktlar aşkarlayarsa, bizə müraciət etməli və biz bu məlumatları rəsmiləşdirib beynəlxalq təşkilatlara göndərilməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR