Bank Of Baku

Ombudsman: “Kütləvi İnformasiya Vasitələrində azyaşlı uşaqlarla bağlı cinayətlərin təfərrüatlarının açıqlanması yolverilməzdir”

Ombudsman: “Kütləvi İnformasiya Vasitələrində azyaşlı uşaqlarla bağlı cinayətlərin təfərrüatlarının açıqlanması yolverilməzdir”
# 22 aprel 2011 11:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Kütləvi İnformasiya Vasitələrində azyaşlı uşaqlarla bağlı cinayətlərin təfərrüatlarının açıqlanması yolverilməzdir. Belə hallar uşaqların psixologiyasına və gələcək həyatına pis təsir edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, belə hallar hətta zorakılığa məruz qalmış qız uşaqları ilə əlaqəli də baş verir: “Zorakılığa məruz qalan uşaqların adı, ünvanı bəzən efirə verilir. Belə hallara qarşı dəfələrlə kəskin etirazımızı bildirmişik. Mətbuat Şurasına, Milli Televiziya və Radio Şurasına və bütün televiziyalara müraciət etmişik. Əgər televiziyalar hər bir uşağa fərdi yanaşsalar, problem aradan qaldırılar”.

Ombudsman televiziyalarda verilən məlumatlarla yanaşı, reklam roliklərində və küçələrdə asılan reklam plakatlarında da uşaqların şərəf və ləyaqətinə toxunan, onları psixoloji cəhətdən sarsıdan məlumatların kifayət qədər çox olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR