Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

FHN-nin Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - <font color=red>FOTO</font>
# 22 aprel 2011 12:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusu çərçivəsində növbəti maarifləndirmə tədbirini rayonunun Gərmətük qəsəbə orta məktəbində keçirib. APA-nın yerli bürosunun məlumatına görə, bu ümumtəhsil müəssisəsi şagirdlərinin və pedaqoji kollektivin qatıldıqları tədbirdə Mərkəzin Xüsusi xilasetmə hissəsinin növbə rəisi Pərviz Əliyev “Hansı hallarda 112 “qaynar xətt”i ilə əlaqə saxlamaq lazımdır?”, Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin həkimi Murad Zərbiyev “İlk tibbi yardımı faciəyə döndərməyin!”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Təbii və texnogen xarakterli fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Ekstremal vəziyyətlərdə nəqliyyat vasitələrindən istifadə edərkən təhlükəsizlik tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Daha sonra fövqəladə hallar sahəsində şagirdlərin intellektual səviyyəsini yoxlamaq məqsədilə “Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?” mövzusunda praktiki məşğələlər keçirilib. Məşğələlərdə fərqlənən və suallara düzgün, ətraflı cavab verən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda “Hansı hallarda 112 “qaynar xətt”i ilə əlaqə saxlamaq lazımdır?”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirlərini necə görməli?”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzuları üzrə hazırlanmış kitab və bukletlər iştirakçılara paylanıb, həmçinin Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, "Mercedes-Benz Sprinter" xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif xilasetmə alət və avadanlıqları, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları əyani şəkildə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR