Bank Of Baku

Bakı Dövlət Universitetində Konfutsi İnstitutu açılıb

Bakı Dövlət Universitetində Konfutsi İnstitutu açılıb
# 22 aprel 2011 12:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı Dövlət Universitetində (BDU) Konfutsi İnstitutunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Konfutsi İnstitutu xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış mərkəzdir. Artıq dünyanın müxtəlif ölkələrində 400-dək belə institut açılıb.

Konfutsi İnstitutunun BDU və Çinin Anhoy Universiteti arasında imzalanmış saziş əsasında açıldığını deyən rektor bildirib ki, Anhoy Universiteti hər il bu instituta Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri ilə təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.

Təhsil nazirinin müavini Elmar Qasımov hazırda dünyada hər 6 nəfərdən birinin Çin dilində danışdığını xatırladıb: “Bu gün artıq Çin dili dünyada biznes dilinə çevrilir. Bu baxımdan Çin dilinin Azərbaycanda da öyrənilməsi və inkişaf etdirilməsi əhəmiyyətlidir”.

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoya isə bildirib ki, Konfutsi İnstitutu Azərbaycan cəmiyyətinin tələblərinə uyğun təhsil üsulları axtaracaq. Bu mərkəz Çin dilinin Azərbaycanda öyrənilməsi, Çinlə daha yaxın tanışlıq üçün geniş imkanlar yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR