Bank Of Baku

Gənclərin debatları başlayır

Gənclərin debatları başlayır
# 22 aprel 2011 14:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) debatlar keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, debatlar gəncləri maraqlandıran, onların və ölkənin gələcəyi üçün vacib hesab edilən 8 aktual mövzu ətrafında aparılacaq.

Debatlarda peşəkarlıq və şəxsi inkişaf, tələbələr və innovativ potensial, yeni nəsil və din, gənclərin ölkənin elmi inkişafında iştirakı, onların ictimai fəallığı, regionlarda yaşayan gənclər və bu kimi məsələlər müzakiər olunacaq. Müzakirələr SAM-da ayda 2 dəfə olmaqla keçiriləcək.

Debatların keçirilməsində əsas məqsəd gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətini inkişaf etdirməkdir. Debatlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığında gənclərin real iştirakının artırması məqsədinə cavab verir və müzakirə ediləcək məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş prioritet istiqamətlər əsasında aparılacaq.

İlk debatlar aprelin 23-də “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?” mövzusunda aparılacaq. Tədbirin təşkilatçıları Gənclər və idman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR