Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti MDB dövlətlərarası mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti MDB dövlətlərarası mükafatına layiq görülüb
# 22 aprel 2011 15:34 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtı Moskvada “Birlik ulduzları” MDB dövlətlərarası mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mərkəzi Paşkov Evində keçirilən təntənəli təqdimetmə mərasimində Rusiya Prezident Administrasiyasının başçısı Sergey Narışkin, MDB ölkələri yaradıcı ziyalılarının nümayəndələri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və MDB Humanitar Əməkdaşlıq Şurasının üzvləri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nəriman Quliyev elm və təhsilə verdiyi töhfələrə görə mükafata layiq görülüb. Təltifetmə mərasimində Nəriman Quliyevin özü iştirak etmədiyindən mükafat onun nəvəsi Zaur Şirəlizadəyə təqdim olunub. Eyni nominasiyada Qırğızıstanın səhiyyə naziri Sabirbek Djumbakov və Tacikistan Dövlət Universitetinin kafedra müdiri Nüsrət Rəcəbov da təltif olunublar.

Tədbirin sonunda çıxış edən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbəri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu laureatları təbrik edib. Səfir bu mükafatın dövlətlərarası əlaqələrin gələcək inkişafında mühüm rol oynayacağını söyləyib.

Qeyd edək ki, “Birlik ulduzları” mükafatı hər il üç nominasiyada - elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət nominasiyalarında təqdim olunur. Mükafat 2009-cu ildə MDB Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib və namizədlər fondun üzvü olan ölkələr tərəfindən irəli sürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR