Bank Of Baku

Sabah Naxçıvan Muxtar Respublikası vergi orqanlarında vakant iş yerlərinə qəbul imtahanının I mərhələsi keçiriləcək

Sabah Naxçıvan Muxtar Respublikası vergi orqanlarında vakant iş yerlərinə qəbul imtahanının I mərhələsi keçiriləcək
# 23 aprel 2011 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 21 nəfərin namizədliyi qeydə alınıb. İmtahanda namizədlərə 100 sual təqdim olunacaq. Onlardan 80 sual qanunvericilik sahəsi üzrədir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulub.

İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək. Hər namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR