Bank Of Baku

ADU-da TEMPUS layihələri başa çatıb

ADU-da TEMPUS layihələri başa çatıb
# 23 aprel 2011 08:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində TEMPUS layihəsi çərçivəsində “Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar” təlimlərinə yekun vurulub. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın APA-ya verdiyi məlumata görə, ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov müzakirələrdə layihə çərçivəsində bəhs edilən mövzuların önəmini vurğulayıb, bu istiqamətdə qarşılıqlı səfərlərin, ətraflı fikir mübadilələrinin vacibliyini qeyd edib.

Sonda layihədə iştirakçılarına sertifikatlar verilib.

Qeyd edək ki, TEMPUS layihəsi çərçivəsində aprelin 18-dən 22-dək keçirilən təlim və müzakirələrdə tərcümə ixtisası üzrə baza və işçi tədris planları, baza tədris planlarının strukturu, minimum dövlət tələbləri, işçi tədris planının strukturu, tədris planının məzmunu, dil hazırlığı komponenti, ixtisas fənləri, tədris planının təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib.

Xatırladaq ki, ADU-nun “Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar” adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR