Bank Of Baku

BDU ilə Türkiyənin 19 May Universiteti arasında Memorandum imzalanıb – FOTO

BDU ilə Türkiyənin 19 May Universiteti arasında Memorandum imzalanıb – <font color=red>FOTO </font>
# 23 aprel 2011 11:07 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universiteti ilə Türkiyənin 19 May Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, imzalanma mərasimindən əvvəl çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın səmərəli nəticələr verdiyini deyib. O, əmin olduğunu bildirib ki, 19 May Universiteti ilə imzalanmış bu memorandum əməkdaşlığın inkişafı istiqamətində çox böyük addım olacaq.

19 May Universitetinin rektoru, professor Hüseyn Akan da memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli nəticələr verəcəyini söyləyib.

İmzalanan Anlaşma Memorandumuna əsasən əməkdaşlıq aşağıda qeyd olunan sahələri əhatə edir:

- Tədqiqatçı, tələbə, magistr və doktorantların mübadiləsi;
- Müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım;
- Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi;
- İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili;
- Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı;
- Magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının hazırlanması və tətbiqi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR