Bank Of Baku

ADU-da “İngilis dili günü” qeyd olunub

ADU-da “İngilis dili günü” qeyd olunub
# 23 aprel 2011 12:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) 23 aprel - “İngilis dili günü” ilə bağlı tədbir keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın APA-ya verdiyi məlumata görə, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin və ADU-nun xarici dillər kafedrasının müəllimi Aynurə Əmirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, xarici dillər kafedrasının müdiri, dosent Salman Nuriyev və tələbələr iştirak edib.

Tədbirdə bildirilib ki, “BMT-də Dillər Günü” təşəbbüsü ilk dəfə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə irəli sürülüb. Dil gününün qeyd edilməsinin mahiyyətindən danışan BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Envera Selimoviç deyib ki, əsas məqsəd qurumun 6 rəsmi dili olan ingilis, ərəb, çin, rus, ispan və fransız dillərinin dünyanın hər yerində mövcud olan BMT sistemi daxilində eyni dərəcədə istifadəsini təmin etməkdir.

Sonra tələbələr ingilis dilində şeirlər səsləndirib, Uilyam Şekspirin əsərlərindən səhnəciklər ifa ediblər. Qeyd edək ki, “İngilis dili günü” BMT-də Dillər Günü” təşəbbüsü çərçivəsində ənənəvi olaraq Uilyam Şekspirin anadan olduğu günə təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR