Bank Of Baku

Müşavir: “Türkiyə və Azərbaycanın təhsil proqramları uyğunlaşdırıla bilər”

Müşavir: “Türkiyə və Azərbaycanın təhsil proqramları uyğunlaşdırıla bilər”
# 25 aprel 2011 08:06 (UTC +04:00)
Müşavir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında təhsillə bağlı protokollar olsa da, yeni müqavilələr üzərində də iş aparılır: “Türkiyə ilə Azərbaycan arasında təhsil proqramlarının, ixtisasların eyni olması, ixtisasların qarşılıqlı tanınması üçün çalışırıq. Azərbaycan Bolonya prosesinə daxil olub. Türkiyədə də illərdir, eyni sistemdən istifadə edir. Bu istiqamətdə də birgə iş aparılacaq. Azərbaycanda məktəbi bitirib Türkiyəyə gedən, Türkiyədən bura gələn tələbələr üçün ixtisaslarda çətinliyin olmamasına çalışırıq. “Fikirdə, dildə birlik” deyirik, bunun həyata keçməsi lazımdır. Bu birliyin həyata keçməsinin yeganə yolu təhsil ola bilər. Burda oxuyan tələbə ilə Türkiyədəki tələbə eyni zamanda eyni ixtisas üzrə eyni dərsləri alarsa, o zaman fikir birliyi olar. Bu istiqamətdə ciddi çalışmalar var”.

H. Koyunçuoğlu deyib ki, ötən il Azərbaycandan Türkiyəyə 1500 tələbə göndərilib. Onlardan 150 nəfərinin təhsil haqqını Türkiyə tərəfi ödəyir. Türkiyədən Azərbaycanın ali təhsil müəssisələrində 4000-dən artıq tələbə, türk liseylərində isə 2000-ə yaxın şagird təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR