Bank Of Baku

Azərbaycanda yaxın iki gün ərzində yağışlı hava şəraiti gözlənilir

Azərbaycanda yaxın iki gün ərzində yağışlı hava şəraiti gözlənilir
# 25 aprel 2011 08:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 27-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında aprelin 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz əsasan yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 27-də arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17 isti, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR