Bank Of Baku

Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materialları hazırlanacaq

Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materialları hazırlanacaq
# 25 aprel 2011 12:08 (UTC +04:00)
Bakı-APA. Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin artırılmasına məqsədi ilə Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyası (ASKA) tərəfindən 3 növ kommunikasiya materialları (kitabarası nişan, liflet, poster) hazırlanacaq və yayılacaq. Assosiasiyadan APA-ya verilən məlumata görə, bu fəaliyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində həyata keçiriləcək.
Vərəmin profilaktikası ilə bağlı 5000 ədəd kitabarası nişan(orta məktəb şagirdləri üçün nəzərdə tutulub ), 2000 ədəd liflet, 1000 ədəd poster, tütündən istifadənin zərərləri ilə bağlı 5000 ədəd kitabarası nişan(orta məktəb şagirdləri üçün nəzərdə tutulub), 2000 ədəd liflet, 1000 ədəd poster hazırlanacaq. Ümumilikdə layihə çərşivəsində 16000 ədəd kommunikasiya materialı Bakı şəhərində və regionlarda yayılacaq.
Məlumatda qeyd olunub ki, 1918-ci ildən bəri müxtəlif ölkələrdə Böyük Britaniya, ABŞ, Hindistan, Pakistan və Tailandda Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq İttifaq tərəfindən aparılan tədqiqatların nəticələri sübut edib ki, vərəmə yoluxma və vərəm xəstəliyinin inkişafı tütündən istifadə ilə sıx əlaqəlidir. Bununla yanaşı tütündən istifadə bir çox digər xəstəliklərin yaranması riskinin daha da artmasına səbəb olur. ASKA bu layihəsi ilə məhz qeyd olunan problemlərin həllinə yardım göstərmək niyyətindədir. 2009-2010-cu illərdə Assosiasiya, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ABŞ Cons Hopkins Universitetinin Kommunikasiya Proqramları Mərkəzi ilə əməkdaşlıqda, Tütünün Zərərlərinin Azaldılması üçün Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsini, 2010-cu il ərzində Total E&P Azərbaycan B.V. şirkətinin dəstəyi ilə və Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda ümumi əhali və xəstələr arasında vərəm barədə biliklərin artırılması məqsədi ilə “Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması” layihəsini həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR