Bank Of Baku

“Azvet” milli baytarlıq informasiya sistemi qurulacaq

“Azvet” milli baytarlıq informasiya sistemi qurulacaq
# 26 aprel 2011 08:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azvet” milli baytarlıq informasiya sistemi ilə bağlı seminar başlayıb. APA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib ki, seminar Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış saziş əsasında həyata keçirilən “İkinci kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində keçirilir. O, “Azvet” milli baytarlıq informasiya sisteminin Türkiyə təcrübəsindən istifadə olunaraq həyata keçiriləcəyini söyləyib: “Biz həm “Azvet” sisteminin, həm də Xəstəliklərə Nəzarət üzrə İnteqrasiya edilmiş Nəzarət Sisteminin müsbət cəhətlərindən faydalanaraq elə təkmil sistemin qurulmasını istəyirik ki, bu sistem vasitəsilə Səhiyyə, Müdafiə, Kənd Təsərrüfatı, Fövqəladə Hallar nazirlikləri arasında müxtəlif səviyyələrdə vaxtında ünsiyyət, əlaqə qurulmasına imkan yaransın. Vaxtında qurulmuş əlaqə xəstəliyə kütləvi yoluxmaların qarşısını alacaq və fövqəladə halları idarə etməyə imkan verəcək”.

Pilot layihə olaraq sistem Göygöl, Lənkəran, Tovuz və Daşkəsəndə həyata keçiriləcək.

Seminarda çıxış edən layihənin direktoru Hüseyn Hüseynov proqramın detalları haqında məlumat verib. Türkiyə Kənd Təsərrüfatı Nazirliyi, Qoruma və Kontrol Baş İdarəsinin əməkdaşı Mehmet Diri “Türkvet” baytarlıq informasiya sisteminin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, kütləvi yoluxmaların qarşısının alınması məqsədilə aparılan işlər haqqında danışıb. M. Diri qeyd edib ki, Azərbaycanda bu sisteminin uğurla fəaliyyət göstərməsi üçün bütün imkanlar var.

Seminar iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR