Bank Of Baku

“İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” adlı konfrans keçirilib

“İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” adlı konfrans keçirilib
# 26 aprel 2011 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” adlı beynəlxalq konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, müasir dövrdə qlobal cəmiyyətin formalaşmasında informasiya texnologiyaları xüsusi rola malikdir: “Dünyada dəmirə və betona əsaslanan iqtisadiyyat indi biliklərə əsaslanan kreativ iqtisadiyyata çevrilib. Azərbaycanda son 5 ildə kreativ industriyanın Ümumi Daxili Məhsulda payı 2,2 faizdən 3,6 faizə qədər yüksəlib. Ölkə prezidentinin sərəncamları əsasında Azərbaycanda müəllif hüququ qanunvericiliyində rəqəmli mühiti nəzərə alan dəyişikliklər aparılıb, internet hüququ təsbit olunub. Əqli Mülkiyyət üzrə uzunmüddətli Milli Strategiya və onun əsasında hazırlanmış 2011-2014-ü illəri əhatə edən Dövlət Proqramı layihələrində “Online rəqəmli hüquqların idarə edilməsi Xidməti”nin yaradılması nəzərdə tutulub”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, Azərbaycanda lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasına xüsusi diqqət yetirilir. Xüsusilə dövlət strukturlarında və təhsil müəssisələrində lisenziyalı proqram təminatından istifadə olunduğunu söyləyən nazir müavini bildirib ki, bu baxımdan “Xalq kompüteri” layihəsini uğurlu hesab etmək olar: “İnternetdə rəqəmli medianın yayılması da son illərin yeniliklərindən biridir. Bu baxımdan internet mühitinin informasiya təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR