Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
# 26 aprel 2011 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyadan APA-y verilən məlumata görə, müsahibəyə 12 dövlət orqanından 64 vakant vəzifə üzrə 66 vakant yer çıxarılıb.

Vakant vəzifələrin olduğu dövlət orqanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (1 vəzifə üzrə 1 yer), Təhsil Nazirliyi (6 vəzifə üzrə 6 yer), Nəqliyyat Nazirliyi (1 vəzifə üzrə 1 yer), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (1 vəzifə üzrə 1 yer), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (11 vəzifə üzrə 11 yer), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (2 vəzifə üzrə 2 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (15 vəzifə üzrə 16 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (23 vəzifə üzrə 23 yer), Bakı şəhər Nəsimi Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer), Lerik rayonu İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer) və Şəki şəhər İcra Hakimiyyətidir (1 vəzifə üzrə 1 yer).

Müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu mayın 16-sı saat 18.00-dək aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR