Bank Of Baku

Azərbaycanda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək - FOTO

Azərbaycanda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək   - <font color=red>FOTO</font>
# 26 aprel 2011 10:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 13-15 may tarixlərində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçirəcək. AÜDCC-dən APA-ya verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində 25 ölkədən nümayəndə iştirak edəcək.

Xatırladaq ki, AÜDCC 9-11 may 2009-cu il tarixdə “1-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə həyata keçirib. Bu il keçiriləcək “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində isə, 25-dən artıq ölkənin kardioloq və kardio-cərrahları iştirak edəcək.
Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. İlk dəfə olaraq Azərbaycandan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az saytında elektron qeydiyyatı, eyni zamanda məqalə və tezislərin elektron qəbulu həyata keçiriləcək. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq. Bu isə, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.
Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR