Bank Of Baku

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda regional müşavirə keçirib

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda regional müşavirə keçirib
# 26 aprel 2011 10:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Lənkəranda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, dövlət yanğın nəzarəti qurumları əməkdaşlarının, rayon icra hakimiyyəti, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, meşələrdə yanğın zamanı zəruri hərəkətlər, meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət, meşə mühafizəsi və bərpası müəssisəsində tələb olunan yanğınsöndürmə texnikası və vasitələri haqqında ətraflı söhbət gedib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsəlidir” mövzusunda məruzə ilə çıxış edərək dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə müvafiq qurumların qarşısında duran vəzifələrdən danışıb.

Müşavirədə mövzuya dair müvafiq foto-stend nümayiş etdirilib, həmçinin təsərrüfat və bələdiyyə nümayəndələrinə DYNX tərəfindən nəşr edilmiş yanğına qarşı təbliğat xarakterli plakatlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR