Bank Of Baku

Məhkumlarla “Neftçi” komandasının veteranları arasında futbol yarışı keçirilib

Məhkumlarla “Neftçi” komandasının veteranları arasında futbol yarışı keçirilib
# 26 aprel 2011 11:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmət və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə məhkumlarla “Neftçi” komandasının veteranları arasında futbol yarışı keçirilib. APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində təşkil olunan tədbirdə Penitensiar Xidmətin rəisi Mədət Quliyev və Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynov iştirak ediblər. Tədbirdə çıxış edən Mədət Quliyev bu cür yarışların keçirilməsinin vacib olduğunu deyib. Daha sonra tədbirdə Neftçi İdman Sağlamlıq Mərkəzinin idmançıları çıxış edərək maraqlı nömrələr nümayiş etdiriblər.
Futbol yarışı “Neftçi” veteranlarının 3:2 qələbəsi ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR