Bank Of Baku

Qız Qalasında bərpa və muzey konservasiyası işlərinə başlanıb

Qız Qalasında bərpa və muzey konservasiyası işlərinə başlanıb
# 26 aprel 2011 11:42 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən xəbərə görə, nəzərdə tutulmuş işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçərişəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq.

“Atelier Erich Pummer” şirkəti tərəfindən 2009-cu ilin noyabr ayında abidənin unikallığı və təkrarolunmazlığı nəzərə alınaraq tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparılıb.

UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil olan Qız Qalasına uzun müddət lazımi diqqət göstərilməməsi və ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq və abidə tarixi görkəminə qaytarılacaq.

Qeyd edək ki, Avstriyanın “Atelier Erich Pummer” şirkəti ötən il İçərişəhər ərazisində yerləşən digər dünya əhəmiyyətli abidə - Məhəmməd Məscidində muzey-konservasiya işlərini uğurla başa çatdırıb. Konservasiya işləri zamanı Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar daxildən bərkidilib və beləliklə də abidənin tarixiliyinə, mövcud quruluşuna zərər yetirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR