Bank Of Baku

Bakının orta məktəblərində dərs deyən ibtidai sinif müəllimləri və 4-5-ci sinif şagirdləri riyaziyyatdan imtahan verəcəklər

Bakının orta məktəblərində dərs deyən ibtidai sinif müəllimləri və 4-5-ci sinif şagirdləri riyaziyyatdan imtahan verəcəklər
# 26 aprel 2011 12:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bütün orta məktəblərin IV – V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan verəcəklər. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, test yoxlamasının keçirilməsində məqsəd şagirdlərin və müəllimlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etməkdir.

İmtahanda 58 minə yaxın IV-V sinif şagirdi və 1200-ə yaxın ibtidai sinif müəllimi iştirak edəcək. Şagirdlərə təqdim ediləcək testlər hər birində 15 sual olmaqla 10 variantda tərtib olunacaq. Suallar orta səviyyədə müəyyənləşdirilib. Test sualları BSTİ mütəxəssisləri tərəfindən hazırlanıb.

Z. Əliqızı deyib ki, eyni suallara müəllimlər də cavab verəcək. İmtahanda zəif bilik səviyyəsi nümayiş etdirən müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriləcək.

İdarə rəsmisinin sözlərinə görə, imtahanın keçirilməsi üçün riyaziyyat fənninin seçilməsinin əsas səbəbi onun əsas fənlərdən biri olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR