Bank Of Baku

Ali məktəbə müsabiqədənkənar daxil olmaq hüququna malik abituriyentlərin sənəd qəbulu başlayır

Ali məktəbə müsabiqədənkənar daxil olmaq hüququna malik abituriyentlərin sənəd qəbulu başlayır
# 26 aprel 2011 13:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ali məktəbə müsabiqədənkənar qəbul olmaq hüququ verilən dünya fənn olimpiadaları, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri sabahdan müvafiq ixtisaslar üzrə sənədlərini təqdim edə biləcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, bu kateqoriyadan olan abituriyentlər sənədlərini mayın 31-dək təqdim etməlidirlər. Həmin abituriyentlər ümumi qaydada müvafiq Sənəd Qəbulu Komissiyasında təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokolu TQDK və onun regional bölmələrinə ((Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim edə bilərlər.

Qeyd edək ki, dünya fənn olimpiadaları, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qaliblərinə ötən ildən ali məktəbə müsabiqədənkənar qəbul olmaq hüququ verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR