Bank Of Baku

Azərbaycanda bəzi çaylarında sululuq artıb

Azərbaycanda bəzi çaylarında sululuq artıb
# 26 aprel 2011 15:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120 , Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Kiçik Qafqaz çaylarında 100-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 95 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 855 kub metr, yəni ongünlük normanın 120 faizini (2010-cu ildə saniyədə 995 kub metr olmaqla ongünlük normanın 140 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 236 kub metr, yəni ongünlük normanın 133 faizini (2010-cu ildə saniyədə 364 kub metr olmaqla ongünlük normanın 204 faizini) təşkil edir.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 651 sm (2010-cu ilin müvafiq dövründə 802 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 544 sm (2010-cu ilin müvafiq dövründə 705 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 333 sm (2010-cu ilin müvafiq dövründə 442 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 461 sm (2010-cu ilin müvafiq dövründə 710 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 373 sm (2010-cu ilin müvafiq dövründə 573 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR