Bank Of Baku

“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilən esse müsabiqəsində qalib gələn yunanıstanlı gənclərlə görüş keçirilib

“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilən esse müsabiqəsində  qalib gələn yunanıstanlı gənclərlə görüş keçirilib
# 27 aprel 2011 10:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsində qalib gələn yunanıstanlı gənclərlə görüş keçirilib. APA-nın məlumatına görə, yunanıstanlı gəncləri qəbul edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurum və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqədə Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina Universitetinin, İoannina Universitetinin və Salonikinin Aristotel Universitetinin tələbələri iştirak ediblər. Yunanıstanlı tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, adət-ənənələri, Qarabağ münaqişəsi, Azərbaycan-Yunanıstan əlaqələri haqqında fikirlərini bölüşüblər.

A. Rəhimov deyib ki, Avstriya, Qazaxıstan, Özbəkistan və Malayziyada da belə müsabiqələr keçirilib, lakin yunan gəncləri müsabiqə çərçivəsində Azərbaycanda qonaq olan ilk xarici ölkə gəncləridir. Səfər zamanı qonaqların Azərbaycanın tarixi və səfalı yerlərinə ekskursiyalar edəcəyini söyləyən nazir, yunan gənclərin Azərbaycandakı tələbə və gənclər təşkilatları ilə də əlaqələr quracağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR