Bank Of Baku

Azərbaycanda Çernobıl əlillərinə avtomobil bağışlanıb

Azərbaycanda Çernobıl əlillərinə avtomobil bağışlanıb
# 27 aprel 2011 12:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə keçirilən görüşdə 10 nəfər Çernobıl əlilinə “Slavuta” markalı avtomobillər təqdim edilib.

«APA-Economics»in məlumatına görə, görüşdə qeyd olunub ki, 2000-2011-ci illərdə nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çernobıl əlillərinin 101-i mənzillə təmin olunub. 1998-2011-ci illərdə isə Çernobıl əlillərinə 14 avtomobil verilib.

Nazirlikdən verilən məlumata görə, hər il nazirliyin vəsaiti hesabına 800 nəfərədək Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilir.

Qeyd edək ki, 2010-cu ildə 1662 nəfər Çernobıl əlilinin 2917 nəfər uşağının hər birinə aylıq müavinət ödənilib, 2606 nəfər Çernobıl əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunaraq ödənilib. Çernobıl əlillərinin tibbi reabilitasiyası məqsədilə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub. Daha 4 ədəd minik avtomobili Naxçıvan MR-də yaşayan Çernobıl əlilləri üçün göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR