Bank Of Baku

Gəncə, Mingəçevir və Şəkidə dövlət qulluqçuları ilə bağlı regional təlimlər keçiriləcək

Gəncə, Mingəçevir və Şəkidə dövlət qulluqçuları ilə bağlı regional təlimlər keçiriləcək
# 27 aprel 2011 13:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması və dövlət qulluqçularının reyestrinin aparılması qaydaları ilə bağlı təlimlər təşkil edir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncədə təlimlər 28-30 aprel, Mingəçevirdə 2-5 may, Şəkidə isə 5-6 may tarixlərdə keçiriləcək.
Gəncə, Mingəçevir və Şəki şəhərlərində təşkil edilən təlimlərə Gəncə, Naftalan, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Xocalı, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar, Zərdab, Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 375 rəhbər vəzifəli dövlət qulluqçusunun cəlb edilməsi nəzərdə tutulur.
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR