Bank Of Baku

Salyanda “Dənli və texniki bitkilərin və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib - FOTO

Salyanda “Dənli və texniki bitkilərin və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 27 aprel 2011 13:56 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda “Dənli və texniki bitkilərin və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbir Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Muğan Regional Mərkəzində baş tutub. Müşavirədə yeddi rayonunun fermerləri, bələdiyyələrin, icra hakimiyyətlərinin nümayəndələri, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) məsul əməkdaşları iştirak edib. “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələr” və “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında FHN-nin DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev, Salyan Muğan Regional Mərkəzin rəisi Orxan Məmmədyarov, FHN-nin DYNX-nin əməkdaşları Elçin Hüseynov və Nizami Fərəcov çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, 2010-cu il ərzində respublika ərazisində dənli və paxlalı bitkilər əkilmiş sahələrin 48 hektarında 15 yanğın hadisəsi qeydə alınıb, bu yanğınlar nəticəsində fermerlərə 7458 manat ziyan dəyib. 2010-cu ildə 618 yanğın hadisəsi zamanı 3870 ton yem yanıb və nəticədə təsərrüfatlara 592 min manat ziyan dəyib.
Tədbir sonunda iştirakçılara dənli və texniki bitkiləri yanğından qorumaq üçün əyani plakatlar paylanıb, video və foto-slaydlar nümayiş etdirilib. Daha sonra kombayn və traktor sürücülərinə yanğın baş verən zaman odsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR