Bank Of Baku

Peşə ixtisas təhsili müəssisələrinin I Respublika İfa Müsabiqəsi yekunlaşıb

Peşə ixtisas təhsili müəssisələrinin I Respublika İfa Müsabiqəsi yekunlaşıb
# 27 aprel 2011 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə Azərbaycan Sosial Pedaqoji Kollecində peşə ixtisas təhsili müəssisələrinin I Respublika İfa Müsabiqəsinin final konserti keçirilib. APA-nın məlumatına görə, nazirliyin tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri Ağababa İbrahimov deyib ki, ilk dəfə keçirilən bu müsabiqə Azərbaycanın bütün bölgələrini əhatə edib. O, bu müsabiqənin növbəti illərdə davam edəcəyinə ümid etdiyini də söyləyib.

TN-nin texniki peşə təhsili müəssisəsinin müdiri Namiq Məmmədov isə deyib ki, təmsil etdiyi nazirlik hər il müxtəlif təhsil müəssisələrinin şagirdləri arasında müxtəlif yaradıcılıq müsabiqələri keçirir: “Bu müsabiqələr həm məktəbdənkənar fəaliyyətin gözəl bir nümunəsidir, həm də şagirdlərin əlavə yaradıcılıq imkanlarının üzə çıxarılmasına kömək göstərir. Səhnəmizin ulduzları olan bir çox teatr xadimləri də bir vaxtlar öz fəaliyyətlərinə peşə məktəblərində başlayıblar. Hacıbaba Bağırovdan tutmuş, bir neçə tanınmış şəxs ilk qədəmlərini peşə məktəblərində qoyublar. Gələcəkdə isə sənətkar kimi formalaşıblar”.

Tədbirdə daha sonra qaliblər mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR