Bank Of Baku

İlin ilk rübündə yol hərəkəti qaydalarının pozulmasına görə dövlətə 3 milyon 500 min 235 manat ödənilib

İlin ilk rübündə yol hərəkəti qaydalarının pozulmasına görə dövlətə 3 milyon 500 min 235 manat ödənilib
# 27 aprel 2011 16:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu ilin 1-ci rübündə Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə dövlətə 3 milyon 500 min 235 manat vəsait ödənilib. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Cari ilin 3 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 193 min 863 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 3371, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 21095, ötmə qaydalarının pozulması üzrə 2230, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 17147, sərnişindaşıma qaydalarının pozulması üzrə 1293 fakt aşkar ediblər. Yol hərəkəti qaydalarının pozuntusuna görə 29 011 sürücü yerində cərimə olunub, 992 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Qayda pozuntularına görə tətbiq edilən cərimələrdən 3.500.235 manatın ödənilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR